Ay mənim dəcəl quzum,
Şirin-şəkər, bal quzum!
Gəl yanıma, dost olaq,
Çəmənlikdə oynayaq.
Deyək “Görək kim ötər”,
Bərkdən qaçaq, ötüşək.
Sonra da gələk evə,
Süd içək ləzzət ilə!
Müəllif: Gülzar İbrahimova