Hekayə, nağıllarımı erməni və rus dillərinə təcrümə edib müzakirəyə qoyan forum üzvlərinə!

OPEN ARMENIA WORLDWIDE ARMENIAN FORUM saytına!

Hekayə, nağıllarımı erməni və rus dillərinə təcrümə edib

müzakirəyə qoyan forum üzvlərinə!

 

AZƏRBAYCANLI Yazıçı Gülzar İbrahimovadan

 

M Ü R A C İ Ə T

 

Tarix boyu düşmən olmuşuq. Elə tarix boyu da kini unudub dostlaşıb, barışıb, kirvə olmuşuq, bir süfrədən yemişik, bir mahnı oxuyub, bir musiqiyə oynamışıq, hətta ailə qurmuşuq.

Böyüklərimizin nəsihətinə qulaq asıb mehriban olmuşuq. İndinin özündə də aradakı düşmənçiliyə baxmayaraq xaricdə yaşayanlardan aşkar-gizlin dostluqlarını davam etdirənlər var. Saxta sənədlərlə milliyyətini dəyişdirib yenə də bizimlə bir şəhərdə yaşayan ermənilər var. Lakin, tarıxdə olanlar sübut edir ki, biz sənədlərdə barışsaq da ürəkdə heç vaxt barışa bilmərik! Aramızda Çin səddindən də böyük bir sədd olmalıdır.

Müharibənin öz qanunları var. Düşməni məhv etmək, öldürmək. Amma insana işgəncə verərək, zülm edərək öldürmək, məhv etmək, bu insanlıqdan uzaq bir hissdir, dözülməz və bağışlanmazdır.

Tarix həmişə təkrar olursa, bunun yenə də təkrar olmayacağını heç kəs deyə bilməz. Yazdıqlarımı “OPEN ARMENIA WORLDWIDE ARMENIAN FORUM” saytında müzakirə edərək, məni şovinist adlandırır, bütöv erməni xalqına qarşı yazdığımı iddia edərək təqsirkar sayırsız.

 

Yazıçı əsərində xalqı bütünlüklə pisləyirsə, özünü kiçiltmiş olur. Şüurlu bir insan heç vaxt bütövlükdə bir xalqı pisləməz. Mən yazdıqlarımda sadəcə xalqımın balalarını ayıq olmağa, sizdən uzaq durmağa çağırıram. Yazdıqlarımda başımıza gətirdiklərinizin çoxunu gizlədirəm. Çünki bu hərəkətləri insan adı iıə bir yerə sığışdırmıram. Baxmayaraq ki, Zori Balayan 13 yaşlı türk uşağına verilən işğəncə haqda yazır: “Mən bu işgəncəni görməkdən xüsusi zövq alırdım!”.

Yazıqlar olsun! Belə bir təfəkkürlü insana! Həm də ayıb olsun! Belələri xərçəng xəstəliyi kimi ətrafa qorxu kabusu, ölüm səpir. Pislər çoxalır.

Daxilinizdəki pis, qara qüvvələr özünüzü də məhvə aparır, başqalarını da. İçinizdəki şeytanlar get-gedə artıb sizə əzab verir, sizi yaşamağa qoymur.

Durun bir! Ətrafa baxın, qınayın müharibə arzusunda olanları. Nə bir sultan, nə bir şah özü ilə haqq dünyaya nə qızıl, nə də torpaq aparıb. Müharibələr sərhədləri dəyişə bilir, insanlığı yox. Uzaq? Yax;n ke,mi.d’ Nizamı Gəncəvi, Fizuli, Ovanes Tumanyan, Avetik İsahakyan, Şota Rustaveli dünya xalqları tərəfindən sevilib, indi də sevilir. Pislər isə yer üzündən silinib. İnsaniyyət yaşayıb, yaşayacaq!

Mən siyasətçi yox, yazıçıyam. Nəinki öz xalqıma, bütün dünyaya sülh arzulayan kiçik bir yazıçı!

Aşagıdakı miniatür yazımla müharibəyə, qan tökülməsinə, işgəncəyə “yox” deyirəm:

 

Kim cavab verər

 

Nə sirrdir insan yaranır, nə sirrdir? Nə sirrdir, lap tez qocalır, nə sirrdir? Bir gün yaranan bir gün ölür, nə sirrdir? Nə sirrdir ki, hər şey dəyişir, nə sirrdir? Niyə Günəş göydə daim qalmır, niyə? Niyə hər gecə aləm qaralır, niyə? Görən, nədən sevinc ani olur kədərdən?

Görən, nə üçün yer titrəyir, nə üçün? Qara torpaq insan udur, görən, nə üçün? Görən, nə üçün dəryalar aşıb-daşır, nə üçün? Böyük-böyük dalğalar nifrətlə gəlir üstümüzə, nə üçün?

Nə səbəbdən dünya dolur, boşalır, nə səbəbdən? Nə səbəbdən hər şey yox olur, nə səbəbdən? Nə səbəbdən həyat başlamamış qurtarır, nə səbəbdən?

İnsanlar dalaşırlar görən nə üstündə? Yer də, göy də alışır, görən, nə üstündə? Neyçün qan-yaş tökülür bir kəfənlik torpaq üstündə? Torpaq su altda qalsa, deyin, biz qalarıq, onda nə üstündə?...