Hirsli

 

Hirsli


     Biri vardı, biri yoxdu, bir hirsli, qaşqabaqlı, acıdil, ziyankar bir adam  var idi. Bir gün bu xoşagəlməz adam səfərə çıxdı. Getdi, getdi, birdən səs eşitdi:

   -  Ey insan, mənə kömək elə!

   -  Vaxtımı alma, tələsirəm! Kimsən sən?

   -  Armud ağajıyam, nə olar, mənə kömək  et! Böyüyüm, yoldan keçənləri dadlı armuda qonaq edim! 

      Ziyankar adam ətrafa boylananda gördü ki, balaja, yenijə jüjərmiş bir ağaj daşın altında qalıb ağlayır. Ona gülüb dedi:

   - Sənsən armud ağajı? Bəlkə şaftalı, ya alyanaq, qırmızıdodaq şaftalı ağajısan?

   - Nə olar, mənə kömək et, daşı bir az kənara qoy rahat böyüyüm!

   - Vajibdir böyüyəsən! Yerin yoxdu, böyümə! Mən niyə yolumdan qalıb daşı qaldırmalıyam?

   Bunu deyib hirsli adam ağajı tapdaladı və  yoluna davam etdi. Getdi, getdi, bir ağaj kölgəsi tapıb oturdu ki, dinjini alsın, bir səs eşitdi:

  - Ey insan, özümüzə çöplərdən, quru otlardan min bir əziyyətlə yuva qurmuşuq, ehtiyatlı ol, dağıdarsan, yuvasız qalarıq!

    Hirsli adam ətrafa baxanda danışanın qarışqa olduğunu gördü. Yuva da nə yuva? Qumun içində balaja oyuq, oyuğun da girəjəyində bir ovuj quru ot. Hirsli adam qarışqa yuvasına baxıb o qədər güldü ki, sanjılandı. Hirsindən vurub qarışqa yuvasını dağıtdı. Dinjini alandan sonra yoluna davam etdi. Yolda bir qarıya rast gəldi. Qarı elə qojalmışdı ki, güjlə yeriyirdi. Qarı əlində təndirdən təzəjə çıxmış çörəklərlə dolu səbət tutmuşdu. İsti çörəklərin ətri pis adamı vurdu. Qarı bunu hiss edib dedi:

   - İsti təndir çörəyi yeyirsən?

    Pis adam heç nə deməyib səbəti qarının əlindən aldı və yerə qoydu.

Doyunja yeyib  qarıya "sağ ol" da demədi.

   Amma pis adam bilmirdi ki, qarı sehrbazdır. Qarı isə fikirləşdi: "Xeyir verən heyvan, ziyan verən insandan yaxşı olar!".

    Qarı belə fikirləşib dedi:

  - Bu gündən hamıya kömək elə! Öz alın tərinlə özünə yem tap! Başqalarının yükünü daşı! Nəyə layiqsənsə, ona da çevril!

    Elə-belə demişdi ki, pis adam bir anda ağzı böyük, qulaqları uzun bir heyvana çevrildi. Özü də anqırmağa başladı.

    Qarı bir az duruxdu, çünki o istəyirdi ki, pis adam dəvəyə çevrilsin. Amma o, layiq olduğu heyvan oldu.

   - Vay-vay, nə pis oldu, yəqin, qojalmışam, tilsimlərim də zəifləyib, sehrlərim də! - deyə qarı utandığından tez ordan uzaqlaşdı.

      Elə o vaxtdan da pis, hirsli, ziyanverən adamlar dəyişdilər. Amma, nədənsə, qarının istədiyi kimi, dəvəyə çevrilmədilər.