Ən gözəl fəsil

Ən gözəl fəsil

Günəşli iyul günündə Şokki-Mokki adlı panda gəzməyə çıxdı. Hər yer o qədər

xoşuna gəldi ki, axşama qədər dayanmadan gəzdi.

- Gözəldir! - dedi panda. - Belə günəşli gündə gəzmək doğrudan da gözəldir!

Bunu eşidən sərçə cikkildədi:

- Nə olsun gözəldir, tezliklə yay qurtaracaq, yarpaqlar saralıb töküləcək, havalar

da soyuyacaq.

- Nə pis oldu, mən də havanın həmişə belə gözəl olmasına sevinirdim.

Şokki-Mokki istəmirdi ki, yay qurtarsın. O, balaca idi, hələ təbiəti,

onun sirlərini yaxşı bilmirdi.

Şokki-Mokki qorxa-qorxa gəzirdi ki, bu saat yay qurtaracaq, tufan qopacaq, hər tərəf toz-torpaq olacaq, bütün yarpaqlar sara-

lıb yerə töküləcək. Belə fikirləşirdi ki, birdən külək başladı. O

qorxdu. Yoldan ötən qoca bir pandaya yaxınlaşıb soruşdu:

- Bu, yəqin, payızdı gəldi, eləmi?

Qoca panda onun başını tumarlayıb dedi:

- Qorxma, balaca, bu adi küləkdir, o buludları qovur, duman gətirir ki, yağış yağ-

sın.

- Yağış nəyə lazımdır ki?

- Yağış təbiətə su verir. Axı su olmasa,

həyat olmaz, ağaclar quruyar, taxıl yetiş-

məz, çörək olmaz!

Şokki-Mokki onun sözlərinə sevindi:

- Nə yaxşı ki yağış yağır!

Günlər keçdi, nəhayət, payız gəldi. Havalar sərinləsə də, Şokki-Mokki bundan

qəmgin olmadı. Çünki payızın da öz gözəlliyi vardı. Yarpaqlar yavaş-yavaş saralıb yerə tökülürdü. Şokki-Mokki gah bu, gah başqa yarpağı göydə tutmağa çalışır, o tərəf-bu tərəfə qaçıb saralmış yarpaqlarla oynayırdı. Yetişmiş giləmeyvələrdən, qozdan, fındıqdan ləzzətlə yeyib sevinirdi. Şokki-Mokki sərçənin dediklərini yadına salıb təəccübləndi və babasından soruşdu:

- Görəsən sərçə payızı niyə pisləyirdi?

Baba nəvəsinin əlindən tutub gəzməyə apardı. Yolda ona

təbiətdən, bütün fəsillərdən danışdı:

- Dörd fəsil - bahar, yay, yaz, qış həmişə növbə ilə bir-birini əvəz

edir. Hər fəsil öz vaxtını başa vurub yenə də növbəsini gözləyir. Bax,

payızdan sonra isə qış gələcək!

Şokki-Mokki təəccübləndi:

- Qış necə olur?

- Qışda qar yağır, hər tərəf ağappaq olur.

Şokki-Mokki qorxdu.

- Yəqin, qış çox qorxuludur, eləmi?

Baba gülüb dedi:

- Yox, qış qorxulu deyil.

Qışda hər tərəf qar olsa da, təbiət gözəl olur. Hər yan sakit olur.Soyuq olanda isti sobanın yanında oturursan. Qış çox tez qurtarır.

Bir də görürsən, təbiət yenidən canlanır, çiçəklər açmağa, yarpaqlar

cücərməyə başlayır. Bahar gəlir. Onun gözəlliyindən heç doymaq olmur.

Şokki-Mokki bütün bunlara qulaq asanda daha heç nədən qorxmadı, bütün günləri, bütün ayları, bütün fəsilləri xoşladı. Həyatı daha çox sevdi.

- Təbiət, sən çox gözəlsən! - dedi.