Lovğa Kərgədan

Lovğa Kərgədan


    Biri vardı, biri yoxdu, bir Kərgədan vardı. O, hamıya sataşmağı xoşlar, kimi isə pərt edəndə sevinərdi.

- Qozbel, qozbel, sənin nə əyri belin var? Yoxsa belinə böyük balqabaq qoymusan? - deyə dəvəyə sataşardı.

   Dəvə hirslənib ona javab verərdi:

- Mənim belimdə bir yox, üç balqabaq olsa da, pis görünmərəm. Amma sənin belin düz olsa da, çox yaraşıqsızsan.

    Kərgədan dəvədən ayrılıb yolda fillə rastlaşdı. Filə gülüb dedi:

- Niyə bu günə düşmüsən?

O qədər şişmisən ki, az qala partlayasan. Mən sənin kimi gonbul fil görməmişəm. Gonbulun biri!

- Gonbul da olsam zəhmətkeşəm. Gör bir gündə nə qədər iş görmüşəm. Adamları meşəyə aparmışam, odun daşımışam, xortumuma su alıb hər yana çiləmişəm sərin olsun, bəs sən neyləmisən?

   - Mən heç bir iş görməsəm də, sənin kimi kifir deyiləm. Əsas odur.

   Kərgədan fildən ayrılıb gülə-gülə yoluna davam etdi. Qarşısına bir Panda çıxdı. Kərgədan təəjjüblə ona baxıb soruşdu:

   - Sən kimsən?

     Panda ona salam verib əl uzatdı:

   - Gəl tanış olaq! Mən Pandayam!  

  Kərgədan yersiz-yersiz gülməyə başladı:

  - Sən niyə bu gündəsən? Yarı qara, yarı ağ. Özünü bir az təmiz saxla da. Elə çirklisən ki, bütün bədənin ala-buladır. Mən hərdən palçıqda  yatıram, amma heç vaxt sənin günündə olmuram.  Sənin kimi çirkin heyvan görməmişəm!

   Bu vaxt Tutuquşu söhbətə qarışdı:

- Sən hamıya çirkin deyirsən, amma heç özündən xəbərin yoxdur!

 - Sən kəs səsini! Donqaburun tutuquşu! Sən hamıdan çirkinsən!

    Tutuquşunun hirsindən dili söz tutmayıb qanadları titrətdi.

    Bunu görən Hajıleylək Tutuquşunu müdafiə etmək üçün dimdiyini qabağa uzatdı ki, nəsə desin.

Kərgədan onun sözünü kəsdi:

   - Bir özünə bax, uzun, eybəjər ayaqların var. Sənə baxanda ətim tökülür. Adını quş qoymusan, amma uça bilmirsən!

    Hajıleylək həmişə uçmağı arzulayırdı. Kərgədan onun yaralı yerinə toxunmuşdu. Ona görə də ağlaya-ağlaya dedi:

    - Hərədə bir eyib tapırsan, bəlkə bir özünə də baxasan!..

    Kərgədan lovğa-lovğa dedi:

    - Özümə niyə baxım, məgər mənim eyibim var?

   Nə isə... Kərgədan hərəyə bir jür sataşırdı. Bir gün Fil, Panda, Dəvə, Hajıleylək, Tutuquşu meşədən bir güzgü tapdılar.

Güzgü onların o qədər xoşuna gəldi ki, ona baxıb doyunja güldülər. Sonra güzgünü götürüb getdilər Kərgədanın yanına ki, ona sataşsınlar.

    Panda güzgünü Kərgədana göstərdi. Kərgədan güzgüyə baxdı, baxdı:

  - Bu eybəjər kimdi? - deyə qəhqəhə çəkib soruşdu:

 - Bu kimin şəklidir, bu eybəjərlikdə. Bəs burnundakı nədir? Özü də düz mənə baxır. Mən hələ belə çirkin heyvan görməmişəm.

Hamı Kərgədana gülürdü. Amma lovğa Kərgədan başa düşmürdü ki, hamı ona gülür.          

    Biri vardı, biri yoxdu, bir Kərgədan vardı. O, hamıya sataşmağı xoşlar, kimi isə pərt edəndə sevinərdi.

- Qozbel, qozbel, sənin nə əyri belin var? Yoxsa belinə böyük balqabaq qoymusan? - deyə dəvəyə sataşardı.

   Dəvə hirslənib ona javab verərdi:

- Mənim belimdə bir yox, üç balqabaq olsa da, pis görünmərəm. Amma sənin belin düz olsa da, çox yaraşıqsızsan.

    Kərgədan dəvədən ayrılıb yolda fillə rastlaşdı. Filə gülüb dedi:

- Niyə bu günə düşmüsən?