Suyu süzülə-süzülə

Quba rayonu 1-ci Nügədi kənd məktəbinin

şagirdi Eldarın başına gəlmiş

(5 s sinfi 1965-ci il)

 

Suyu süzülə-süzülə

(Hekayə)

Sinfimizdə İntiqam adlı bir oğlanla həmişə mübahisə edər, heç yola getməzdik. Bir dəfə də təzəcə dava eləmişik, hirslənmiş oturmuşuq yerimizdə. İntiqam 5-ci partada otururdu, mən də 3-cü.

Sən demə o, dərs başlamazdan qabaq bir böyük, boş konserv qabını su ilə doldurub, gətirib sinfə. Elə ki, müəllim məni qaldırır ayağa ki, sual-cavab eləsin, İntiqam suyu yavaşca tökür mənim altıma. İçərisində paralom olan stul suyu çəkir özünə və mən oturanda bütün üst-başım olur su içində. Uşaqlar qarınlarını tutub, uğunurlar.

Mən də durub suyu süzülə-süzülə gedirəm evə ki, paltarımı dəyişim.