Müəllif: Gülzar İbrahimova
[Nəqərat]
Tik-tik, tik-tak, tik-tak-tak,
Vaxtımızı qoruyaq!
Mənim bir saatım var
Susmaz, danışar hər vaxt,
O, tik-tak, tik-tak, edər,
Mənə saatı deyər.
Saatım heç vaxt durmaz,
Oxuyar tik-tak, tik-tak,
Mən də ona baxaram,
Dərsə hazırlaşaram!
[Nəqərat]
Tik-tik, tik-tak, tik-tak-tak,
Vaxtımızı qoruyaq!
Axşam deyər, tik-tik-tak,
Gecdir, lazımdır yatmaq!
Səhər saat zəng çalar,
Hamı yuxudan durar!
Oyanmasan sən əgər,
Saat qaşqabaq tökər,
O səhər desə tik-tak,
Mütləq lazımdır qalxmaq!
[Nəqərat]
Tik-tik, tik-tak, tik-tak-tak,
Vaxtımızı qoruyaq!
Tik-tak, məktəbə gedək,
Tik-tak, məktəbdən gələk.
Tik-tak-yemək vaxtıdır,
Gəlin biz yemək yeyək.
Tik-tak, gedək gəzməyə,
Tik-tak, qayıdaq evə!
İşi planla görək,
Heç bir vaxt gecikməyək!
[Nəqərat]
Tik-tik, tik-tak, tik-tak-tak,
Vaxtımızı qoruyaq!