İlbizəm mən, İlbizəm

Müəllif: Gülzar İbrahimova
 

Nədir adım, bilirsən?

İlbizəm, mən ilbizəm!

 Nəmişliyi sevərəm,

Yaş torpaqda gəzərəm.

 

Gedərəm izim qalar,

Arxamca tozum qalar.

Gəlmək istəsən bizə,

Arxamca gəl, düş izə.

 

Gəl səninlə dost olaq,

Birgə gəzək, dolaşaq!

Amma diqqətli ol, sən,

Birdən məni əzərsən.