
Müəllif: Gülzar İbrahimova
Bir gün uşaqlar,
Araz çayından,
Körpü asdılar,
Göy qurşağından.
Körpüyə ad da,
Qoydular onlar,
Heydər babalı,
“Dədə Şəhriyar”!
Körpünün rəngi,
Tez-tez dəyişir,
Dəyişdikcə də,
Çox gözəlləşir.
“Dədə Şəhriyar” ,
Hər iki tayın,
Övladlarını,
Başına yığır.
Bu tay Təbrizli,
O tay Bakılı,
Tutub əl-ələ,
Gedirlər yallı.
Bu gün Arazda,
Göy qurşağından,
Rəngli körpü var,
“Dədə Şəhriyar!