Müəllif: Gülzar İbrahimova
(təmsil)
Həccə getmiş Tülkünü,
Bir gün seçib deputat,
Ona çox hörmət ilə,
Verdilər zərli Mandat.
Tülkü sevindi, dedi:
And içirəm bu gündən,
Toyuq, cücə yolunda,
Canımdan keçəcəyəm.
Evlərdən, həyətlərdən,
Kəsiləcək oğurluq,
Olacaqdır həmişə,
Dürüstlük və doğruluq.
O gündən toyuqları,
Çapıb taladı Tülkü.
O qədər çox yedi ki,
Bir gün partladı Tülkü.