Müəllimləri sevirik

 Müəllif: Gülzar İbrahimova

 

Uşaqlar baxın,

Müəllim gəlir,

Ona yol açın,

Müəllim gəlir.


O mehribandır,

Bizi çox sevir,

Bizə oxumaq,

Yazmaq öyrədir.

 

Müəllimlərə,

Hörmət edirik,

Çünki onları,

Biz çox sevirik!