Müəllif: Gülzar İbrahimova

Günəş yuxudan durdu,
İlk duran xoruz oldu:
“Quq-qulu, Quq-qulu,
Quq-qulu-qu,
Nə gözəl dünyadır bu”.
Sərçə dedi: “Cik-cik-cik,
Biz dünya gözəliyik”,
Qurbağa dedi: “Vağ-vağ-vağ,
Qoyun doyunca yataq!”.
Quzu dedi məəəə,
Kim ot verəcək mənə?
Toplan dedi: “Ham-ham-ham”.
Hanı balaca Məstan?”.
Pişik dedi: “Burdayam,
Myau-myau-myau,
Süd içirəm bayaqdan,
Mən südü xoşlayıram!”.
Dələ çıxdı oyuqdan,
Boylandı yuvasından,
Qol açıb dedi bəkdən:,
Meşə, necə gözəlsən!
“Hər tərəfdən gəldi səs:
Dünya gözəl deyil bəs?
Baxaq Günəşə, Aya,
Deyək, gözəlsən Dünya!”
Şən, gülər uşaqları,
Yaraşıqdır dünyaya,
Yaşasın Gözəl Dünya!
Var olsun bizim Dünya!