(şeir)

İncik toyuqlar,

Hay-küy saldılar:

- Yumurtlayan biz,

Cücə qoyan biz. 

 

Gah Xoruzlardan,

Şeir yazılır, 

Gah cücələrə,

Mahnı qoşulur. 

 

Qah-qah-qah-qah

Qah-qah-qah.

 

Bəs toyuqlara, 

Niyə heç zaman,

Yox şeir qoşan,

Yox mahnı yazan?

 

Bu yazanlarda, 

Yoxmu heç insaf,

Toyuqlara da, 

Bir tapsınlar vaxt.

 

Şairlər! Sizdən, 

Olmuşuq incik!

Sizə düz bir ay,

Biz vaxt veririk!

 

Yoxsa yumurta, 

Görməyəcəksiz, 

Yumurta tapa 

Blməyəcəksiz!    

                         Müəllif: Gülzar İbrahimova