ZƏFƏR bayrağını aldım əlimə,
Təbrik edib, bərkdən sıxdım köksümə.
Dedim, Azərbaycan, Vətənim mənim,
Mübarəkdir, bu möhtəşəm ZƏFƏRİN! 

44 günə biz məhv etdik düşməni,
Yaddan çıxarmaz, bunu pis erməni.
Bizim torpağa daha ayaq basmaz,
“Böyük Hayastan” qurmağa çalışmaz.

Vətən savaşında qazandıq biz ZƏFƏR, 
Sevindirdi bizi hər  igid əsgər!
BİR DƏMİR YUMRUQ oldu Azərbaycan,
Sən var ol, EY BİZƏ, ZƏFƏR ÇALDIRAN!

 

                                                   Müəllif: Gülzar İbrahimova