Bir zalım şah

Nadirin Dervishle sohbeti

- Mənə diqqətlə qulaq as oğlan! Gələcək həyatın maraqlı olacaq. Varın-dövlətin başından aşacaq. Qüdrətli şəxs olacaqsan. Hər kəlmənə diqqətlə qulaq asılacaq, adın dlillərdə gəzəcək, zəhmin ürəkləri qorxuya salacaq. Ətrafındakılar sənə baş əyəcək. Rəml göstərir ki, sən şah olacaqsan! Şah olandan sonra isə hər şeyin olacaq. Hər şeyin olanda isə sən onları itirməkdən qorxacaqsan. Qorxusuzluğun bir gün səni ucaltdığı kimi, qorxu hissin bir gün səni məhvə doğru aparacaq! Sən mütləq şah olacaqsan!

 

Nadir ve avar qizi

– Nadir şah avar gözəlinə o qədər vurğun idi ki, onu canının bir hissəsi sayır, özünün yarısı hesab edirdi. Buna görə də şah sevgilisinin adını da dəyişdirib Nadirə qoymuşdu.

Nadirə sanki bir qönçəydi, şahın sevgisindən sonra gül kimi açdı. O, şahın sevgisini hiss elədikcə əvvəlkindən də gözəlləşdi. Hamı dağıstan gözəlinin gözəlliyindən danışmağa başladı. Əvvəllər ürəyində şaha, onun qəddarlığına nifrət eləyən qızın yavaş-yavaş ürəyi yumşaldı, onda şaha istək, sevgi yarandı.

Bunu get-gedə hiss eləyən şahın da sevgisi Nadirəyə günü-gündən artırdı. Elə bil sehrli bir qüvvə həmin sevgini günü-gündən alışdırıb yandırırdı.

 

Tehmasibin zindanda qetli – Sonra… Zindanda qətl hadisəsi baş verdi.

 

O vaxtdan da Nadirqulu II Təhmasib şahı yıxıb yerinə keçmək haqqında plan cızmağa başladı. İlk əvvəl o şəhər hakimlərini öz tərəfinə çəkdi. Onu eşitmək istəməyənlərə hədə-hərbə gəlib qorxutdu.

Günlərin bir günündə isə Nadirqulu arzusuna çataraq II Təhmasib şahı taxtdan düşürdüb zindana saldırdı. Ara sakitləşən kimi isə şahı elə zindandaca qətlə yetirdi.

Əlinə fürsət düşən kimi Təhmasib şahın övladlarını və bütün yaxın qohumlarını yox eləmək haqqında fikirləşməyə başladı ki, gələcəkdə öz hakimiyyətini möhkəmləndirsin. Və az bir vaxtda istədiyi kimi də elədi.

Əvvəlcə o, Təhmasib şahın körpə – on dörd aylıq oğlu şahzadə III Abbası İran şahı elan edərək özü hakimiyyəti idarə etməyə başladı. O bütün şahlıq işlərini özü istədiyi kimi həll edirdi.

Bir neçə vaxtdan sonra III şah Abbası qəddacasına qətlə yetirəndən sonra Nadirqulu özünü İran şahı elan elədi.

 

Nadirin Behmeni oldurmesi

– Nadirqulunun əlində qanlı bıçağı görəndə anladı ki, yoldaşı onu bıçaqla vurub, gözləri bərəldi, dəhşətli baxışlarla Nadirquluya baxıb soruşdu:

- Neyləmişdim sənə, niyə vurdun məni?

- Dedim sənə mənimlə gəlmə, qulaq asmadın. Gərək qulaq asaydın!

 

Rzaqulunun gozünün cıxarılması – Qaniçən şah Xorasanın paytaxtı Məşhəddə qətlə yetirdiyi adamların kəllə sümüklərindən uca bir məbəd ucaltdırmışdı.

Bir gün taxt-tacı itirəcəyindən qorxan şah hər şeydən şübhələnir, bir gün şahlığı öz oğluna belə keseceyi ağlına gələndə az qalırdı bağrı çatlasın. Şah rəhmsizcəsinə oğlunun gözlərini çıxartdırdı ki, taxtına göz dikməsin.

 

Şəhərin yadellilerle ishgali- Eşidin, bilin! Şahın əmridir: «Vergi gətirin, vergi verməyənin kəsilmiş başını gətirin!». Aman, Allah!

Dövləti artdıqca şahın gözü dünya malından doymazdı. Başqa məmləkətlərdən daşıdığı var-dövlət bir yana qalsın, şah verginin məbləğini o qədər artırmışdı ki, camaatın çoxu vergini ödəyə bilmədiyindən vətənlərindən didərgin düşüb yad ellərə üz tuturdular.